Icma.az, Avtosfer saytına istinadən bildirir.
Paytaxtın Rixard Zorge küçəsində dayanma-durma qaydalarını pozan sürücülər görüntülənib.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına videomaterial göndərib. O bildirib ki, sözügedən küçədə “Mercedes Sprinter” markalı maşınlar nizamsız şəkildə park edildiyi üçün sürücülər sağ zolaqla hərəkət edə bilmirlər. Nəticədə onlar məcbur qalaraq sol zolağa keçid edirlər və sağa dönən zaman nişanlanma xəttinin (1.1 xəttinin) tələbini pozurlar. Bu isə sürücülərin cərimələnməsinə gətirib çıxarır.
Şikayətçi demək olar ki, hər gün eyni mənzərəylə qarşılaşdığını və mövcud vəziyyətin sürücülərin kütləvi şəkildə narazılığına səbəb olduğunu bildirib.
Nərmin