Icma.az, Avtosfer portalına istinadən məlumat verir. Paytaxtın Yasamal rayonu Mirəli Seyidov küçəsində park edilmiş maşınlar hərəkəti çətinl
Avtosfer.az-ın məlumatına görə, bununla bağlı sakinlərdən biri “Facebook” sosial şəbəkəsində video paylaşıb.
Belə ki, sürücülər avtomobilləri səkidə saxlayaraq həm piyadaların yolunu kəsir, həm də ərazidən keçən maşınlara çətinlik yaradırlar.
Nəticədə yol daraldığı üçün zolaqla hərəkət edə bilməyən sürücülər qarşı tərəfə keçməli olurlar. Bu isə qəza təhlükəsinə gətirib çıxarır.
Şikayətçi sözügedən küçədə demək olar ki, hər gün eyni vəziyyətin hökm sürdüyü qeyd edib.
Eyni zamanda o, ərazidəki ağacların kəsilərək yerində bir müddət əvvəl obyektlərin tikildiyini bildirib.
Nərmin Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.