Bu küçədə qaydasızlıq baş alıb gedir: Sürücülər yolayrıcında xaos yaradır VİDEO

30.01.2026

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində kpbud qayda pozan bir qrup sürücü kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə yanvarın 30-da saat 08:58 radələrində qeydə alınıb.

Görüntülərdən məlum olur ki, 10-OB-027 dövlət nömrə nişanlı “Lexus” markalı, 90-UG-716 dövlət nömrə nişanlı “Mercedes” markalı, 90-SZ-102 dövlət nömrə nişanlı “Hyundai” markalı, 73-BA-204 dövlət nömrə nişanlı “QAZ-3110” markalı, 99-HF-131 dövlət nömrə nişanlı “Mercedes” markalı, 50-FE-426 dövlət nömrə nişanlı “Changan”, eləcə də 10-BA-345 dövlət nömrə nişanlı “KIA” markalı avtomobillərin sürücüləri əks istiqamətli yola çıxıblar.

Nəticədə onlar yolayrıcına daxil olan digər nəqliyyat vasitələri üçün təhlükəli vəziyyət yaradaraq hərəkətin intensivliyini məhdudlaşdırıblar.

Qeyd edək ki, sözügedən ərazidə oxşar hallar demək olar ki, hər gün müşahidə olunur. Sürücülər növbəni gözləmədən yolayrıcına daxil olur, bu isə qəza riskini artırmaqla yanaşı, digər istiqamətlərdən gələn nəqliyyat vasitələrinin hərəkətinə ciddi maneə yaradır.

Nərmin

Oxunub 216

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью