Bu küçədə radar və ya nəzarət sistemi yoxdur Bəzi sürücülər At oynadır

24.07.2026

Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gəncə şəhərinin Əziz Əliyev prospekti ilə Neman Vəliyev küçəsinin kəsişməsi son vaxtlar sürücülərin məsuliyyətsiz davranışları səbəbindən ciddi narahatlıq doğuran əraziyə çevrilib.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Sakinlərin sözlərinə görə, həmin hissədə radar və ya daimi nəzarət sisteminin olmamasından istifadə edən bəzi sürücülər yüksək sürətlə hərəkət edir, kobud qayda pozuntularına yol verir və yol hərəkətinin digər iştirakçıları üçün real qəza təhlükəsi yaradır. Gecə saatlarında isə mühərrik səsi ətrafda yaşayan insanların rahatlığını pozur, ərazini sözün əsl mənasında kabusa çevirir.

Sakinlər hesab edirlər ki, vaxtında tədbir görülməzsə, bu ərazidə ağır yol-nəqliyyat hadisəsinin baş verməsi qaçılmaz ola bilər. Onlar aidiyyəti qurumları təhlükə baş verməmişdən əvvəl hərəkətə keçməyə çağırırlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью