Bu küçədə sürücülər həm maşınlara, həm də piyadalara maneə törədir FOTO

02.04.2025

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Bakıda dayanma-durma qaydasını pozan sürücü barəsində oxuculardan biri redaksiyamızın qaynar xəttinə şikayət ünvanlayıb. Avtosfer.az xəbər verir ki, hadisə aprelin 1-də, paytaxtın Azadlıq prospekti ilə Sabit Rəhman küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, 10-EJ-087 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü həm yolayrıcına 5 metrdən yaxın, həm də piyada keçidinin üzərində dayanaraq hərəkətə mane olub. Piyadalar yolu Azadlıq prospektinin sağ zolağına çıxmaqla keçə biliblər. Görüntünü qeydə alan oxucu bildirir ki, sözügedən kəsişmədə hər gün eyni hal yaşanır.

Fərid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью