Bu küçədə sürücülər piyadaların yolunu bağlayıb

19.05.2025

Azpost portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Paytaxtın Xətai rayonu, Süleyman Vəzirov küçəsində sürücülər piyada səkisini zəbt edib.

AzPost xəbər verir ki, bu barədə ərazidə yaşayan sakinlər məlumat verib. Bildirilir ki, ərazidə Təhlükəsiz şəhər kamerası var. Lakin sürücülər buna məhəl qoymur və səkidə avtomobil park edir.

Sakinlər aidiyyəti qurumlardan ərazi ilə bağlı ciddi tədbirlər görməyi xahiş edir.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью