Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Paytaxtın Nərimanov rayonu, Xəlil Rza Ulutürk küçəsində (“Koroğlu” metrosunun yaxınlığında) yol örtüyü yararsız vəziyyətə düşüb.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına videomaterial göndərib. Şikayətçinin sözlərinə görə, ərazidə aparılan tikinti işləri zamanı yük avtomobilləri palçığı təkərlərində yola gətirir və quruduqdan sonra isə sərt səth əmələ gəlir. Nəticədə sürücülər küçədə hərəkət etməkdə çətinlik çəkir, bəzi hallarda nəqliyyat vasitələrinə də maddi ziyan dəyir.
İzləyici bildirib ki, bu vəziyyət artıq 1 aydan çoxdur davam edir, lakin tikinti şirkəti yolu hələ də təmizləməyib. Xoşagəlməz halla qarşılaşan sürücülər məsələ ilə bağlı aidiyyəti qurumların qısa zamanda müdaxiləsini gözləyir.
Nərmin