Bu küçədə tıxac vaxtı belə etməyin: Kamera çəkir VİDEO | Icma.az
Icma.az bildirir, Avtosfer portalına istinadən. Bakıda sıxlıq zamanı əksər sürücülər nişanlanma xəttinin tələblərinə riayət etməyərək hərəkə
Avtosfer.az xəbər verir ki, Dövlət Yol Polisi İdarəsi son vaxtlar həmin sürücülərə qarşı məsuliyyət tədbirləri həyata keçirməyə başlayıb.
Belə ki, artıq Süleyman Sani Axundov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində ("Hollywood şadlıq sarayının qarşısında) kameralar işə salınıb.
Prospektə daxil olan sürücülər təhlükəsizlik adacığının üzərinə çıxan zaman kamera vasitəsilə onların barəsində 40 manat məbləğində cərimə tətbiq olunur.
Qeyd edək ki, artıq bir neçə küçənin kəsişməsində təhlükəsizlik adacığının tələbini pozan sürücüləri məsuliyyətə cəlb etmək üçün kameralar işə salınıb.
Fərid Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu