Bu küçədə vəziyyət acınacaqlıdır: Sürücülər qanunu saymırlar VİDEO

05.12.2024

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Xırdalan şəhərində qayda pozan sürücülərin görüntüləri kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Mehdi Hüseynzadə küçəsində baş verib.

Belə ki, 99-KZ-223 qeydiyyat nişanlı "KIA" markalı və 77-NZ-933 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobillərin sürücüləri ikinci cərgədə dayanaraq qaydaları pozublar.

Qeyd edək ki, sözügedən küçədə hər gün analoji hal baş verir. Nəzarət kameraları qayda pozuntularını qeydə almadığı üçün, sürücülər intizamsızlıq edərək yolda hərəkətə maneə yaradırlar.

Bu qayda pozuntusuna görə, İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsilə 2 bal 80 manat məbləğində cərimə nəzərdə tutulub.

Fərid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью