Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Bakıda dayanma-durma qaydasını pozan sürücülər hərəkətə mane olublar. Avtosfer.az xəbər verir ki, hadisə avqustun 12-də, paytaxtın Xanlar küçəsində qeydə alınıb. Belə ki, sözügedən küçədə yük avtomobili sürücüləri mütəmadi olaraq qaydaları pozurlar. Qeydə alınmış videodan da aydın şəkildə görünür ki, 90-JU-396, 90-JG-140, 99-JU-403, 90-JT-295, 77-HG-879, 99-JU-049 və 77-SK-271 qeydiyyat nişanlı yük avtomobillərinin sürücüləri səkidə parklanma edərək qaydaları kobud şəkildə pozublar. Hətta sonuncu parklanan avtomobil sürücülərin də keçib getməsinə problem yaradıb.
Fərid