Bu küçələr təmir edilir, hərəkət məhdudlaşdırılır

30.11.2026

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Noyabrın 30-da Suraxanı və Sabunçu rayonlarının bir sıra küçələrində təmir işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Axar.az-a bildirilib ki, təmir işləri ilə əlaqədar olaraq qeyd olunan küçələrin müəyyən hissələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

Suraxanı rayonu, Əmircan qəsəbəsi üzrə:

1-ci Əmircan küçəsinin Mövsüm Bəydəmirov küçəsi ilə kəsişməsindən Nəsirəddin Tusi küçəsi ilə kəsişməsinədək olan hissəsində;

Cəfər Cabbarlı küçəsinin 1-ci Əmircan küçəsi ilə kəsişməsindən Həmid Axundlu küçəsi ilə kəsişməsinədək olan hissəsində.

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi üzrə:

Məhsəti Gəncəvi küçəsinin Xəlil bəy Xasməmmədov küçəsi ilə kəsişməsindən Əli Kərim küçəsi ilə kəsişməsinədək olan hissəsində;

Xəlil bəy Xasməmmədov küçəsinin Qaçaq Nəbi küçəsi ilə kəsişməsindən Səməd bəy Mehmandarov küçəsi ilə kəsişməsinədək olan hissəsində.

“Sürücülərdən müvəqqəti məhdudiyyətləri nəzərə almaları, hərəkət marşrutlarını əvvəlcədən planlaşdırmaları, alternativ yollardan istifadə etmələri və təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur”, - deyə AAYDA-nın məlumatında bildirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью