Bu küçələrdə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq

04.07.2025

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

6 iyul saat 06:00-dan saat 24:00-dək Bakı şəhəri, Ziya Bünyadov prospektində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, Alı Mustafayev küçəsinin Ceyhun Səlimov küçəsi ilə kəsişməsindən və Əbdülvahab Salamzadə küçəsinin Xutor tunelinə giriş hissəsindən nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Modern.az xəbər verir ki, sürücülərdən qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью