Bu küçəyə Atatürkün adı verildi

24.05.2025

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Maltanın Marsa şəhərindəki bir küçəyə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün adı verilib.

"Cebheinfo.az" xəbər verir ki, Türkiyənin Valettadakı səfirliyi tərəfindən sosial media platformalarında paylaşılan paylaşımda “Maltada Atatürk prospektinin açılışı mərhum səfirimiz cənab Erdeniz Şenin istəyinə uyğun olaraq 19 May Atatürkü Anma, Gənclik və İdman Bayramında keçirildi” ifadəsi işlədilib.

Küçəyə ad verilməsi mərasimində Türkiyənin Valetta səfirliyinin müvəqqəti işlər vəkili Fəthi Etem iştirak edib.Atatürk prospektinin girişində üzərində Atatürkün “Yurtda sülh, dünyada sülh” sözləri yazılmış lövhə asılıb.

Nigar Hacılı 
"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью