“Bu layihələr Özbəkistanın Azərbaycana qardaşlıq dəstəyinin göstəricisidir”

15.12.2025

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

“Azərbaycan ilə Özbəkistan arasında artıq strateji tərəfdaşlıq və demək olar ki, müttəfiqlik səviyyəsində münasibətlər mövcuddur. Hər iki ölkənin dövlət başçılarının şəxsi münasibətləri yüksək səviyyəli dostluğa əsaslanır”.
Bunu Demokrat.az-a açıqlamasınsa politoloq Məhəmməd Əsədullazadə bildirib.
Onun sözlərinə görə,  bu dostluq ölkələrarası əlaqələrin inkişafına ciddi təkan verir:
“Özbəkistan Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycanla bütün sahələr üzrə əməkdaşlıq edir. Xüsusilə, mədəniyyət sahəsində Özbəkistan və Azərbaycan arasında intensiv əlaqələr formalaşıb. Hər iki xalqın mədəniyyətləri bir-birinə çox bənzəyir. Bu baxımdan, mütəmadi olaraq qarşılıqlı festivallar, ədəbiyyat günləri və digər mədəni tədbirlər keçirilir. Bu tədbirlər isə ölkələrin siyasi münasibətlərinə müsbət təsir göstərir və xalqlar arasında dərin mənəvi bağların yaranmasına və inkişafına səbəb olur. Bu münasibətlər gələcək nəsillər arasında dostluğun simvoluna çevrilmək potensialına malikdir və düşünürəm ki, əlaqələrin daha da keyfiyyətli və sistemli şəkildə inkişaf etdirilməsi vacibdir. Eyni zamanda, Özbəkistan ilə Azərbaycan arasında siyasi münasibətlər də yeni qlobal siyasi nizamın tələblərinə uyğun şəkildə qurulur və hər iki tərəf bu istiqamətdə siyasi iradə nümayiş etdirir.  Özbəkistan işğaldan azad olunmuş Azərbaycan ərazilərində bir sıra layihələr həyata keçirir. Bu layihələr Özbəkistan xalqının qardaş Azərbaycan xalqına olan hörmətinin və dəstəyinin simvoludur, eyni zamanda mənəvi hədiyyə kimi dəyərləndirilə bilər”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью