Bu liderlər Qəzza üzrə Sülh Sammiti ndə iştirak edəcək

12.10.2025

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzza üzrə "Sülh Sammiti"ndə iştirak edəcək.
Bizim.Media bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.
Türkiyə lideri bu məqsədlə oktyabrın 13-də Misirə səfər edəcək.
ABŞ Prezidenti Donald Trampın da sammitdə iştirak edəcəyi təsdiqlənib. "The Guardian" nəşri Ağ Ev rəhbəri və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin "Süıh Sammiti"nə başçılıq edəcəklərini yazıb.
 

Sammitdə 20-dən çox dövlət rəhbərinin iştirakı gözlənilir. Onların arasında Böyük Britaniyanın Baş naziri Kir Starmer, İtaliyanın Baş naziri Corcia Meloni, İspaniyanın Baş naziri Pedro Sançes, Fransa Prezidenti Emmnuel Makron və BMT-nin baş katibi Antonio Quterreş də var.


Xatırladaq ki, oktyabrın 13-ü Misirin Şarm əş-Şeyx şəhərində Qəzza zolağında müharibənin dayandırılmasına həsr olunmuş "Sülh Sammiti" keçiriləcək.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью