Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ukraynanın İzmail limanına PUA-larla zərbələr endirilir.
Bu barədə Axar.az-a hücuma şahidlik edən "Palmali" Şirkətlər Qrupuna aid gəminin dənizçiləri məlumat və görüntü təqdim edib.
Onların sözlərinə görə, hücum nəticəsində bir neçə yük gəmisi vurulub. Sözügedən gəmilərdə yanğın başlayıb.
Türkiyəli heyətin idarə etdiyi gəmi vaxtında kənara çəkildiyi üçün hücumdan qurtulub.
Hazırda hücumun davam etdiyi qeyd edilir.