Bu linzalar kataraktanı ARADAN QALDIRIR

07.10.2026

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Kataraktası olan insan həm kataraktadan xilas olur, həm də görməsi bərpa edilir”

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq İmran Cərullazadə qurumun “İnstagram” səhifəsində keçirilən canlı yayımı zamanı deyib.

O bildirib ki, kataraktası olan pasiyent uyğun multifokal linza seçərsə, əməliyyat zamanı həm kataraktadan xilas olur, həm də müxtəlif məsafələrdə görmə imkanı əldə edir.

“Kimdə katarakta varsa və insan bu linzanı seçirsə, demək olar ki, həm kataraktanı aradan qaldırır, həm də görməni bərpa edir. Həm uzağı, həm yaxını, həm də orta məsafəni görmək mümkün olur”.

Zeynəb Rzayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью