Bu, Londonun Kiyevə hərbi yardımına təsir etməyəcək...

02.07.2025

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa ABŞ-ın Ukraynaya silah tədarükünü dayandırmasına reaksiya verib

ABŞ-ın Ukraynaya silah tədarükünü dayandırmaq qərarı Londonun Kiyevə hərbi yardımına təsir etməyəcək.

SİA-xəbər verir ki, bu barədə “The Guardian” Britaniya mənbələrinə istinadən yazır.

Ukraynanın Avropadakı müttəfiqləri “boşluqları doldurmağa” çalışıblar, lakin Qərb hərbi rəsmiləri çoxdan etiraf ediblər ki, ABŞ tərəfi Ukraynanı kritik silahlarla təmin edir.

Bundan əvvəl ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker Kiyevə silah tədarükünün dayandırıldığını açıqlamışdı.

Diplomat vurğulayıb ki, Vaşinqton ilk növbədə ABŞ-ın ehtiyaclarını qarşılayacaq.

Əli Babayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью