Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. “İstər Avroviziya, istər COP-la bağlı biz əsassız tənqidlərlə üzləşdik.
Xüsusilə COP-la bağlı bizi günahlandırdılar ki, neft istehsal edən ölkəyik, neft istehsal edən ölkə necə COP-a ev sahibliyi edə bilər.
Baxmayaraq ki, Azərbaycandan əvvəl və sonra Azərbaycandan xeyli çox neft istehsal edən ölkələr olub.
Lakin sual bizimlə bağlı idi və mən söylədim ki, neftə sahib olmaq bizim günahımız deyil. Biz buna görə günahlandırılmamalıyıq”.
“Qafqazinfo” xəbər verir ki, bunu Prezident İlham Əliyev Davosda “Euronews” telekanalının təşkil etdiyi “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarını cavablandırarkən bildirib.
“Bizi neft sərvətimizi necə idarə etməyimiz, onu cəmiyyətdə ədalətli şəkildə necə paylaşdırdığımızla bağlı qiymətləndirmək lazımdır.
Beləliklə, çıxardığımız dərslərdən biri bu idi. Çünki səmimi desək, COP-a birillik hazırlıq müddətində bu macəraya qoşulduğumuza görə mən də
Çünki həqiqətən də bəzi media qurumlarında tənqid, aqressiyanın səviyyəsi o qədər yüksək idi ki, insanı demək olar, ruhdan salırdı.