Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.
Binəqədi şosesində yerləşən "Bravo" supermarketinin qarşısında avtomobil saxlayanlar cərimələrlə üzləşirlər. Marketin qarşısındakı geniş ərazi ilk baxışdan parkinq üçün uyğun görünsə də, əslində bura piyada səkisi hesab olunur.
Demokrat.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə sürücülərdən biri məlumat paylaşıb. O bildirib ki, marketin qarşısında avtomobilini saxlayaraq alış-verişə gedib, lakin bir müddət sonra ona cərimə gəlib.
Sürücü məsələ ilə bağlı narazılığını belə ifadə edib:
"Şəhər kamerası vasitəsilə mənə 60 manat cərimə və 2 bal yazılıb. Digər sürücüləri də məlumatlandırmaq istəyirəm ki, burada avtomobil saxlayıb alış-veriş etdikdə hamınızı bu şəkildə cərimələyəcəklər".
Şikayətçinin sözlərinə görə, market rəhbərliyi də bu problemdən xəbərdardır. O, ərazinin piyada səkisi üçün normadan artıq geniş olduğunu iddia edərək rəsmi qurumlara müraciət edib:
"Dövlət Şəhərsalma normalarına əsasən, səkinin piyada hissəsinin eni maksimum 4,5 metr ola bilər. Mən bu ərazini ölçmüşəm, buranın eni 8 metrdir. Əgər bura səki hesab olunursa, niyə yol bağlanmır və ya sürücülər üçün xəbərdarlıq lövhəsi vurulmur?".
Sürücü həmçinin qeyd edib ki, ərazidəki digər obyektlərə gələn müştərilər və yük avtomobilləri də eyni qaydada cərimələnirlər. O, cərimələrin sayının çoxluğundan və bu vəziyyətin sürücülər üçün yaratdığı çətinliklərdən gileylənib.
Yəni, Binəqədi şosesindəki "Bravo" marketinin qarşısı geniş görünsə də, bura rəsmi olaraq piyada səkisi sayılır və avtomobil saxlayan hər kəs kameralar vasitəsilə 60 manat cərimə olunur.
İsmayıl
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Demokrat.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə sürücülərdən biri məlumat paylaşıb. O bildirib ki, marketin qarşısında avtomobilini saxlayaraq alış-verişə gedib, lakin bir müddət sonra ona cərimə gəlib.
Sürücü məsələ ilə bağlı narazılığını belə ifadə edib:
"Şəhər kamerası vasitəsilə mənə 60 manat cərimə və 2 bal yazılıb. Digər sürücüləri də məlumatlandırmaq istəyirəm ki, burada avtomobil saxlayıb alış-veriş etdikdə hamınızı bu şəkildə cərimələyəcəklər".
Şikayətçinin sözlərinə görə, market rəhbərliyi də bu problemdən xəbərdardır. O, ərazinin piyada səkisi üçün normadan artıq geniş olduğunu iddia edərək rəsmi qurumlara müraciət edib:
"Dövlət Şəhərsalma normalarına əsasən, səkinin piyada hissəsinin eni maksimum 4,5 metr ola bilər. Mən bu ərazini ölçmüşəm, buranın eni 8 metrdir. Əgər bura səki hesab olunursa, niyə yol bağlanmır və ya sürücülər üçün xəbərdarlıq lövhəsi vurulmur?".
Sürücü həmçinin qeyd edib ki, ərazidəki digər obyektlərə gələn müştərilər və yük avtomobilləri də eyni qaydada cərimələnirlər. O, cərimələrin sayının çoxluğundan və bu vəziyyətin sürücülər üçün yaratdığı çətinliklərdən gileylənib.
Yəni, Binəqədi şosesindəki "Bravo" marketinin qarşısı geniş görünsə də, bura rəsmi olaraq piyada səkisi sayılır və avtomobil saxlayan hər kəs kameralar vasitəsilə 60 manat cərimə olunur.
@vuqar_vm_222 60 qəpiqlik çörək-60manata başa gəldi... #bravo ♬ оригинальный звук - ????? ???????
İsmayıl
Demokrat.az