Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fransada kütləvi etirazlar hakimiyyətin acizliyini ortaya qoyub.
Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Faynənşl Tayms” (FT) nəşri yazıb.
Bildirilir ki, Fransa hakimiyyəti aksiyaların miqyasını düzgün qiymətləndirmir:
“Küçə zorakılığının genişlənməsi hökumətin vəziyyətə nəzarəti itirdiyi təəssüratını yaradır, dövlət institutlarına ictimai etimadı zəiflədir və Fransanın beynəlxalq nüfuzuna xələl gətirir. Limoges şəhərində bələdiyyə binasının yandırılması isə Prezident Emmanuel Makronun siyasi nüfuzuna əlavə zərbədir.
Kütləvi nümayişlər ölkənin sosial problemlərini üzə çıxarıb, siyasi qüvvələr isə onların həllində çətinlik çəkirlər”.
Qeyd edək ki, ötən gün Fransada davam edən etirazların şiddətlənməsi fonunda, Lill başda olmaqla, ölkənin şimalındakı bir sıra şəhərlərdə küçəyə çıxmaq qadağası tətbiq edilib.