Bu mallar bazardan ÇIXARILACAQ

23.10.2026

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“İnsanların həyat və sağlamlığı üçün təhlükəli hesab edilən malların bazardan çıxarılması və məhv edilməsi ilə bağlı tədbirlərin müəyyənləşdirilməsi vacibdir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin plenar iclasında “Texniki tənzimləmə haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

Deputatın sözlərinə görə, layihə ilə qanunun 15-ci maddəsinə yeni 15.5-ci maddənin əlavə edilməsi nəzərdə tutulur. Yeni müddəaya əsasən, insan həyatı və sağlamlığı üçün təhlükəli hesab edilən malların bazardan geri çağırılması, dövriyyədən çıxarılması, götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və məhv edilməsi qaydaları müəyyənləşdiriləcək.

O vurğulayıb ki, bu tədbirlərin həyata keçirilməsi təhlükəli məhsulların bazarda qalmasının və insan sağlamlığına zərər vurmasının qarşısını almaq baxımından əhəmiyyətlidir.

Qeyd edək ki, qanun layihəsi Milli Məclisdə ikinci oxunuşda qəbul edilib.

Zeynəb Rzayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью