Bu malların bahalaşması Azərbaycanın ixracını ARTIRDI RƏQƏMLƏR

23.12.2024

Sfera.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın ixrac etdiyi qeyri neft-qaz malları kəskin şəkildə bahalaşıb.

Sfera.az xəbər verir ki, ixrac olunan qeyri neft-qaz məhsullarının qiymət indeksi 2024-cü ilin oktyabr ayında əvvəlki ayla müqayisədə 2,4 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 22,2 faiz, 2024-cü ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,9 faiz artıb.

Qeyd edək ki, yanvar-oktyabr ayları ərzində Azərbaycan 2 milyard 807,5 milyon dollar dəyərində qeyri neft-qaz malları satıb. Real qiymətlərlə Azərbaycanın qeyri neft-qaz mallarının ixracı 9,1 faiz azalıb.

Amma qiymətlərin artması hesabına qeyri neft-qaz mallarının ixracında 3,5 faiz artım baş verib.

Vasif

Sfera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью