Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Binəqədidən “20 Yanvar” metrosu istiqamətində hərəkət edən 142 nömrəli marşrutda sərnişinlərin həyatı təhlükəyə atılır.
Bu barədə Axar.az-a sərnişinlərin şikayətində bildirilib.
“İntervalın normalda 10-12 dəqiqə olmasına baxmayaraq, avtobus gecikir və 15-20 dəqiqəyə gəlir. Avtobusun bəzi yerlərdə dayanacağı da yoxdur. Sərnişinləri sayı çox olduğundan avtobus qapısı açıq şəkildə hərəkət edir. Həm həyatımızı təhlükəyə atırlar, həm də mənzil başına gecikirik”, - şikayətdə qeyd olunub.
Məsələ ilə bağlı AYNA-dan sorğumuza cavab olaraq bildirildi ki, sərnişin tələbatına uyğun olaraq 142 nömrəli marşrutda 8 avtobus 10-12 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərir:
“Daşıyıcıya xəttin nizamlı fəaliyyətin təmin edilməsi və sərnişin tələbatı nəzərə alınaraq xəttə əlavə nəqliyyat vasitələrinin cəlb olunması barədə tapşırıq verilib. Tədbir görülməyəcəyi təqdirdə marşrut müsabiqəyə çıxarıla bilər”.