Bu marşrut üzrə bir sıra reyslər gecikir | Icma.az
Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Hava Yollarının Bakı-Naxçıvan-Bakı marşrutu üzrə planlaşdırılan bir sıra reyslərinin uçuşu Naxçıvan Beynəlxalq Hava Limanı ərazisində əlverişsiz hava şəraiti səbəbindən (qatı duman) gecikir.
Bu barədə Gununsesi.info-ya “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, gecikən reyslərin sərnişinlərinə aviaşirkətin çağrı mərkəzi tərəfindən məlumat verilir.
Sözügedən reyslər Naxçıvan aeroportu ərazisində hava şəraiti yaxşılaşdıqdan dərhal sonra həyata keçiriləcək.
Aviaşirkətin qaydalarına əsasən, zərurət yarandığı təqdirdə hava limanında uçuşunu gözləyən gecikmiş reyslərin sərnişinləri lazımi vasitələrlə təmin olunacaqlar.
Əlavə suallar yaranarsa, sərnişinlər callcenter@azal.az elektron ünvanı və ya +994(55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.
Gununsesi.info Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu