Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu

02.07.2026

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

6-31 iyul tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib.

Milli.Az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.

Bildirilib ki, qatar Bakıdan bazar ertəsi və çərşənbə günləri, Ağstafadan isə çərşənbə axşamı və cümə axşamı günləri hərəkət edəcək.

Məlumata görə, sərnişinlər sözügedən biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və "ADY Mobile" mobil tətbiqi vasitəsilə əldə edə bilərlər.

Qeyd edək ki, Bakı-Qazax-Bakı marşrutu üzrə qatar reysləri isə əvvəlki qaydada gündəlik təşkil olunur.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью