Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil edəcək.
Bakıvaxtı.az ADY-yə istinadən xəbər verir ki, əlavə reyslər 10 və 11 oktyabr tarixlərində həyata keçiriləcək.
Eyni zamanda, Bakı-Qazax-Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.
Biletləri ADY-nin rəsmi internet saytı, “ADY Mobile” tətbiqi və dəmir yolu kassalarından əldə etmək mümkündür.