Bu marşrut üzrə əlavə reyslər olacaq

16.09.2025

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Artan sərnişin tələbatını qarşılamaq üçün sentyabrın 20-si Bakı–Ağstafa, sentyabrın 21-i isə Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Azərbaycan Dəmir Yolları (ADY) məlumat yayıb.

Bildirilib ki, Bakı-Qazax-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər etmək mümkün olacaq.

Hərəkət cədvəli və biletlərlə bağlı məlumatı ADY-nin rəsmi saytından, “ADY Mobile” tətbiqindən, dəmiryol kassalarından və 7/24 fəaliyyət göstərən 1822 Çağrı Mərkəzindən öyrənə bilərsiniz.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью