Bu marşrutların hərəkət sxemi bərpa edilir (SİYAHI)

15.11.2024

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bu gündən başlayaraq bir sıra marşrutların fəaliyyətini bərpa edir.

Bizim.Media xəbər verir ki, hərəkət sxemləri bərpa edilən marşrutlar bunlardır: 3, 5, 17, 18, 21, 30, 32, 36, 39, 49, 61, 88, 65, 77, 120, 125, 140, 149, 150, 160 və 141E.

Hərəkət sxemləri "Ulduz” metrostansiyasına müvəqqəti təyin edilən marşrutlar isə bunlardır:

118A, 118B, 148, 173A və 173B. Bu marşrutların fəaliyyəti Balaxanı yolu ilə təşkil ediləcək.

Mərhələli şəkildə digər müntəzəm marşrutların da fəaliyyətinin bərpa edilməsi təmin ediləcək.

Xatırladaq ki, noyabrın 9-dan etibarən sözügedən avtobusların hərəkət sxemi dəyişdirilmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью