Azxeber.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Mehdiabad qəsəbəsində aparılan təmir işləri ilə əlaqədar 147 və 179 nömrəli avtobus marşrutlarının hərəkət sxemləri müvəqqəti dəyişdirilib.
Məhdudiyyət 28 May və Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsində tətbiq olunub.
Təmir işləri başa çatanadək 147 nömrəli avtobuslar metronun "Azadlıq” stansiyası istiqamətində Mehdiabad mərkəzinə daxil olmadan Digah qəsəbəsinin Zəlimxan Yaqub və Mehdiabadın 28 May küçələri ilə hərəkət edəcək.
179 nömrəli marşrut isə Fazil İsmayılov, Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov və 28 May küçələri ilə hərəkət edəcək.