Bu marşrutların hərəkət sxemləri bərpa edilir

16.11.2024

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) daha iki avtobus marşrutunun fəaliyyətini bərpa edir.

Bu barədə Bakıvaxtı.az-a agentlikdən bildirilib.

Belə ki, noyabrın 18-dən başlayaraq  4 və 10 nömrəli marşrutların hərəkət sxemləri bərpa ediləcək.

Bildirilib ki, mərhələli şəkildə digər müntəzəm marşrutların da fəaliyyətinin bərpa edilməsi təmin ediləcəkdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью