Bu marşrutların iş rejimi uzaldılır

27.11.2024

Icma.az bildirir, Bakupost portalına istinadən.

Bakıda sərnişindaşımanı həyata keçirək 11, 43, 51 və 57 nömrəli müntəzəm avtobus marşrutlarının iş saatları uzadılır.

Bakupost.az xəbər verir ki, "Həzi Aslanov" metrostansiyasında aparılacaq təmir işləri ilə əlaqədar noyabrın 30-dan bu avtobuslar saat 06:00-dan 00:00-dək sərnişinlərə xidmət göstərəcək.

Daşıyıcılara avtobusların sayının artırılması və intervalın azaldılması ilə bağlı tapşırıqlar verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью