Axsham.az saytına istinadən Icma.az xəbər verir.
Bakıda 126, 206 və 554 nömrəli müntəzəm marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir.
Axşam.az xəbər verir ki, bu haqda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, iyunun 24-ü saat 09:00-dan 26 iyun saat 18:00-a qədər aidiyyəti qurum tərəfindən Abşeron–Puta mənzili üzrə cüt yolun 32-ci km PK 3-də (Dadaş Bünyadzadə küçəsi) yerləşən qorunan dəmiryolu keçidində əsaslı təmir işləri aparılacaq.
Bu səbəbdən 126, 206 və 554 nömrəli marşrutların hərəkət sxemində müvəqqəti dəyişiklik ediləcək. Avtobuslar Abşeron–Puta mənzili 30-cu km PK 5-də yerləşən yolötürücüdən (28 May küçəsi) keçməklə fəaliyyət göstərəcək.
Dəyişiklikləri nəzərə almağınızı xahiş edirik.