Bu marşrutun hərəkət sxemi dəyişdirilir

13.03.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Sabahdan 83 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir.

Bu barədə Bakıvaxtı.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

"Biləcəri qəsəbəsindən Təbriz küçəsi istiqamətində fəaliyyət göstərən 83 nömrəli müntəzəm marşrutun hərəkət sxeminin dəyişdirilməsi ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə daxil olan müraciətlər nəzərə alınaraq marşrutun Biləcəri qəsəbəsi Məmməd Səid Ordubadi və Asəf Zeynallı küçələrinin kəsişməsində yerləşən dairəyədək uzadılması məqsədəuyğun hesab edilib", -məlumatda qeyd olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью