Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Paytaxtın Fətəli xan Xoyski küçəsində sürət həddi bir müddətdir aşağı salınıb. Avtosfer.az xəbər verir ki, “Gənclik Mall”ın qarşısında 50 km/saat sürət məhdudiyyətini göstərən nişan quraşdırılıb. Buna baxmayaraq, bir çox sürücü qaydaya məhəl qoymadan sürət həddini aşır.
Hazırda həmin ərazidə Yol Patrul Xidmətinə məxsus avtomobil dayanaraq “e-patrul” sistemi vasitəsilə sürət həddini pozanları elektron qaydada qeydə alır və məsuliyyətə cəlb edir. Bu səbəbdən sürücülərə daha diqqətli olmaları və müəyyən edilmiş sürət həddinə əməl etmələri tövsiyə olunur.
Fərid