Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Yapon avtomobilləri etibarlılıq reytinqlərində adətən ilk sıralarda yer alsa da, bəzi markalardan uzaq durmaq tövsiyə olunur.
Avtomobil eksperti Kris Payl alınması məsləhət görülməyən iki yapon avtomobil markasının adını açıqlayıb. Onun sözlərinə görə, bu avtomobillər sahiblərini yüksək təmir xərcləri ilə məyus edə bilər.
Ekspert bildirib ki, problemlərin əsas səbəblərindən biri CVT (pilləsiz variator transmissiyası) adlanan sürət qutusudur.
Paylın sözlərinə görə, CVT transmissiyalı avtomobillərdən uzaq durmaq daha məqsədəuyğundur:
“Mən CVT transmissiyası ilə təchiz olunmuş istənilən avtomobildən uzaq durardım. “Nissan” bu transmissiyadan avtomobillərində ən çox istifadə edən markalardan biridir. Bu sistemlər xarab olana qədər əla işləyir. Lakin sıradan çıxdıqda təmir xərci sürücüləri şoka sala bilər. Əksər hallarda transmissiyanın təmiri deyil, tam dəyişdirilməsi tələb olunur”.
Onun sözlərinə görə, CVT transmissiyaları yanacaq sərfiyyatını azaltmağa və daha hamar hərəkət təmin etməyə kömək etsə də, digər sürət qutularına nisbətən daha tez sıradan çıxa və çox vaxt təmir oluna bilməz.
Alınması tövsiyə edilməyən markalar
Payl xüsusilə “Infiniti” markalı avtomobillərdən uzaq durmağı məsləhət görüb. “Infiniti” “Nissan”ın premium markası hesab olunur və daha yüksək komfort səviyyəsi təklif edir.
Ekspert bildirib ki, “Infiniti” modelləri elektrik sistemləri ilə bağlı problemlərlə tanınır:
“Mən əksər “Infiniti” modellərindən uzaq durardım. Onlar elektrik problemləri ilə məşhurdur. Əslində bunlar daha çox elektron avadanlıqla təchiz edilmiş “Nissan” modelləridir”.
O əlavə edib ki, “Infiniti” avtomobillərinin qiyməti rəqiblərindən xeyli yüksək ola bilər və təmir xərcləri də kifayət qədər bahadır.
Payl həmçinin CVT transmissiyalı “Nissan” modellərini almağı tövsiyə etməyib. Onun sözlərinə görə, markanın bir çox sedan, krossover və yolsuzluq avtomobillərində bu transmissiya istifadə olunur.
Tövsiyə olunan modellər
Ekspert daha etibarlı seçim kimi aşağıdakı yapon avtomobillərini qeyd edib:
“Toyota Tundra”
“Toyota 4Runner”
“Honda Passport”
“Honda Ridgeline”
“Honda Odyssey”
“Mazda MX-5 Miata”
Payl bildirib ki, bu modellər bəzi rəqibləri qədər çox satılmasa da, etibarlılıq baxımından uğurlu seçimlərdir.
Onun sözlərinə görə, əksər “Toyota” və “Honda” modelləri yüksək yenidən satış dəyərinə malik olur və daha az təmir tələb edir.(lent.az)
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Avtomobil eksperti Kris Payl alınması məsləhət görülməyən iki yapon avtomobil markasının adını açıqlayıb. Onun sözlərinə görə, bu avtomobillər sahiblərini yüksək təmir xərcləri ilə məyus edə bilər.