Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
Son dövrlərdə sükanı sağdan sola keçirilmiş, yəni “perekidka” olunmuş avtomobillərə maraq müşahidə olunur.
Bu cür avtomobillərdə zavod konstruksiyasına edilən dəyişikliklər idarəetmə və təhlükəsizlik baxımından hansı risklər yaradır? Xüsusilə sükan mexanizminə, hava yastığı sisteminə və elektron avadanlıqlara müdaxilə avtomobilin gələcək istismarı zamanı hansı problemlərə səbəb ola bilər və belə avtomobil almaq istəyən vətəndaş hansı məqamlara xüsusi diqqət yetirməlidir?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, Azərbaycanda sükanı sağdan sola keçirilmiş avtomobillərin ölkəyə gətirilməsi, yəni idxalı, həmçinin belə nəqliyyat vasitələrinə sənədlərin verilməsi və onların idarə olunması qanunla qadağandır.
Onun sözlərinə görə, “Yol hərəkəti haqqında” qanuna əsasən, belə nəqliyyat vasitələrinin ölkəmizdə istismarı da yolverilməzdir:
“Çox təəssüf ki, mövcud qanunvericiliyə baxmayaraq, belə avtomobillərin ölkəyə gətirilməsi və ölkə daxilində istismarı hallarına hələ də rast gəlinir. Bu isə həm avtomobili idarə edən şəxsin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi baxımından müəyyən risklər yaradır.
Məlumdur ki, avtomobilin sükanı sağdan sola keçirilərkən onun konstruksiyasına və bir sıra texniki sistemlərinə müdaxilə edilir. Əgər bu dəyişikliklər zavod standartlarına uyğun və peşəkar şəkildə həyata keçirilməzsə, avtomobilin təhlükəsizlik baxımından vacib elementlərinin işində problemlər yarana bilər.
Xüsusilə naqillər, əyləc sistemi, təhlükəsizlik yastıqları və təhlükəsizlik kəmərləri bu müdaxilələrdən təsirlənə bilər.
Məsələn, qəfil manevr və ya ötmə əməliyyatı zamanı avtomobilin idarəetməsində hər hansı problem yaranarsa, sürücü vəziyyətə vaxtında reaksiya verə bilməyə bilər. Eyni problem qəfil tormozlanma zamanı da yarana bilər. Təhlükəsizlik kəmərinin lazımi qaydada işləməməsi və ya qəza zamanı təhlükəsizlik yastığının açılmaması isə xəsarət riskini daha da artıra bilər.
Bununla yanaşı, avtomobilin sükan sisteminin sağdan sola keçirilməsi yalnız sükanın yerinin dəyişdirilməsi ilə məhdudlaşmır. Avtomobilin digər konstruktiv və texniki xüsusiyyətləri də nəzərə alınmalıdır.
Xüsusilə ön faraların işıqlandırma bucağının dəyişməsi mühüm məsələlərdən biridir. Əgər faralar yeni istiqamətə uyğun tənzimlənməzsə, qarşıdan gələn nəqliyyat vasitələrinin sürücülərinin görmə qabiliyyətinə mənfi təsir göstərə və onlar üçün təhlükə yarada bilər.
Digər tərəfdən, belə avtomobillərin idarəetmə xüsusiyyətləri də dəyişə bilər. Sükan mexanizminə, pedalların yerləşməsinə, əyləc sisteminə və digər komponentlərə müdaxilə avtomobilin zavod konstruksiyasından fərqlənməsinə səbəb ola bilər.
Bu səbəbdən belə dəyişikliklərə məruz qalmış avtomobillərin texniki vəziyyətinin və təhlükəsizlik standartlarına uyğunluğunun ciddi şəkildə qiymətləndirilməsi vacibdir.
Məsələ yalnız həmin avtomobilin sahibi və ya sürücüsü ilə məhdudlaşmır. Çünki yol hərəkətində bir nəqliyyat vasitəsinin texniki nasazlığı və ya düzgün işləməyən təhlükəsizlik sistemi digər sürücülər, sərnişinlər və piyadalar üçün də risk yarada bilər.
Buna görə də avtomobillərin konstruksiyasına edilən dəyişikliklərin qanunvericiliyin və təhlükəsizlik tələblərinin çərçivəsində olması mühüm əhəmiyyət daşıyır”, - deyə ekspert fikrini tamamlayıb.
Nuray Paşşanlı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Bu cür avtomobillərdə zavod konstruksiyasına edilən dəyişikliklər idarəetmə və təhlükəsizlik baxımından hansı risklər yaradır? Xüsusilə sükan mexanizminə, hava yastığı sisteminə və elektron avadanlıqlara müdaxilə avtomobilin gələcək istismarı zamanı hansı problemlərə səbəb ola bilər və belə avtomobil almaq istəyən vətəndaş hansı məqamlara xüsusi diqqət yetirməlidir?