Bu maska dərinizi gözəlləşdirəcək

22.11.2024

Icma.az bildirir, Axsham.az portalına istinadən.

Dəri üçün ən faydalı qidalardan biri də baldır. Təbii bal dərini təmizləyir, qidalandırır və nəm balansını qoruyur. Beləliklə, üzünüzdəki qızartılardan, ləkələrdən, səpkilərdən və qırışlardan azad olursunuz.

Axşam.az bal və darçından hazırlanan maskanı təqdim edir.

1 çay qaşığı darçınla 2 yemək qaşığı balı qarışdırıb məcun halına gətirin. Üzünüzə çəkib 15-20 dəqiqə saxladıqdan sonra ilıq su ilə təmizləyin. Üzünüzü quruladıqdan sonra tonik və nəmləndirici krem çəkin.

Qeyd edək ki, həssas dəriyə sahib deyilsinizsə, maskaya bir çay qaşığı soda da əlavə edə bilərsiniz.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью