Bu matç bizim üçün göstərici ola bilməz Gəncə nin baş məşqçisi | Icma.az
Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. "Oyunun 2-ci və 3-cü periodlarında yaxşı mübarizə apardıq".
Fanat.Az xəbər verir ki, bunu "Gəncə"nin baş məşqçisi Halil Atlı Azərbaycan Basketbol Liqasının XI turunda "Lənkəran"la görüşdən (79:66) sonra klubun mətbuat xidmətinə açıqlamasında bildirib.
Mütəxəssis çatışmazlıqları aradan qaldırmaq üçün əllərindən gələni edəcəklərini söyləyib: “Oyunun 2-ci və 3-cü periodlarında yaxşı mübarizə apardıq.
Rotasiya edib oynadıq. Rəqibimizi oyuna görə təbrik edirəm. Bu matç bizim üçün göstərici ola bilməz. Sondan əvvəlki dövrənin ilk görüşü idi.
Qarşıda daha 9 oyun var. Çatışmazlıqları aradan qaldırıb mübarizəni ən yaxşı şəkildə sürdürmək üçün əlimizdən gələni edəcəyik".
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu