“Bu matçda da Azərbaycanla oyundakı kimi çıxış etməliyik”

12.11.2026

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Monteneqronun U-19 komandasının baş məşqçisi Nenad Vukçevik Avropa çempionatının seçmə mərhələsində Azərbaycana qalib gəldikləri oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 7:2 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Seçmə mərhələyə bu cür start verməyimizdən məmnunam. İlk hissədə əla oynadıq, yaratdığımız bütün imkanlardan səmərəli istifadə etdik. Fasilədən sonra heyətdə dəyişikliklərə əl atdıq və tempi aşağı saldıq. Bəzi əvəzetmələrimiz özünü doğrultmadı. Matçdakı yeganə mənfi məqam budur. Qarşıda Farer adaları ilə oyun var. Bu matçda da Azərbaycanla oyundakı kimi çıxış etməliyik”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью