Bu, matçı daha maraqlı edir...

12.08.2026

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

“Dinamo” Kiyevin baş məşqçisi “Qarabağ”la cavab oyunu öncəsi danışıb

Kiyev “Dinamo”sunun baş məşqçisi İqor Kostyuk UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunundan əvvəl fikirlərini bölüşüb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, ukraynalı mütəxəssis Bakı və Azərbaycan xalqı barədə xoş sözlər deyib.

“Şəhəriniz və insanları bizdə xoş təəssürat yaratdı. Ölkəmizə göstərilən dəstəyi hiss etdik”, - o bildirib.

İqor Kostyuk “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun uzun illərdir komandada çalışmasına da toxunub: “Qurbanov uzun illərdir bu komandadadır. Onlarda artıq müəyyən sistem formalaşıb. Daim avrokuboklarda çıxış edirlər. Bu da qarşıdakı oyunu daha maraqlı edir”.

Kostyuk heyətdə yeni itkilərin olmadığını da bildirib: “İtkilər əvvəlki kimidir. Başqa itki yoxdur”.

Qeyd edək ki, komandalar arasında ilk görüş Kiyev “Dinamo”sunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью