Bu məcəllənin qəbul edilməsi təklif olundu

02.02.2026

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Azərbaycanda Sahibkarlıq Məcəlləsinin qəbul edilməsi təklif olunur.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli bildirib.

O xatırladıb ki, Rəqabət Məcəlləsi artıq qəbul edilib.

“Rəqabət Məcəlləsi və qeyd etdiyim Sahibkarlıq Məcəlləsinin birgə fəaliyyəti digər məcəllələrin qəbul prosesini sürətləndirə bilər. Xüsusilə yeni Vergi Məcəlləsinin, Büdcə Məcəlləsinin və Bank Məcəlləsinin qəbul edilməsinin sürətləndirilməsi böyük əhəmiyyət kəsb edir”, – deyə o əlavə edib.

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью