Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.
Misli premyer-liqasının 17-ci turunda “Şamaxı” “Qəbələ”yə uduzdu - 4:0.
“Football-plus.az” xəbər verir ki, oyunrası mətbuat konfransında Ayxan Abbasov media önünə çıxıb.
- Üzücü oyun, məğlubiyyət oldu. Çətin olacağını bilirdik. Hər komanda turnir cədvəlində yerini qorumaq istəyir. Bu məğlubiyyət ayılmağımıza təsir edəcək. Çətin olacaq.
- Komanda, xüsusən, Karim Rossi bu gün zəif göründü. Səbəbini bilirsiz?
- Razı deyiləm. 4:0 olsa da, 2 qol son dəqiqələrdə əks-hücumdan oldu. Rossinin oyununa baxım gərək. Ondan daha zəif oyunçular var idi. 44-cü dəqiqəyə qədər üstünlük bizdə idi.
- Sponsorsuz tək klub “Şamaxı”dı. Bu da baryeri aşmağa maneədi?
- Çətindi. İtkilərdən danışmadım. Xeyli zədəlilərimiz var. Bəlli büdcə ilə oynayırıq. Gileylənmirik. İtirəcəyimiz heç nə yoxdu. Əsas odu ki, elitada yerimizi qoruyaq.
MÜZƏFFƏR QULUZADƏ