“Bu məğlubiyyət “Qarabağ”ın bir az daha böyüməsinə səbəb olacaq”

19.02.2026

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Nyukasl”a uduzub – 1:6.

Veteran futbolçu Zaur Həşimov “Futbolpress.az“a açıqlamasında nəticəni dəyərləndirdi:

“Məğlubiyyət gözlənilən idi. Bunun bir çox səbəbləri var. İlk növbədə komandalar arasında səviyyə fərqi böyükdür. “Nyukasl”ın oynadığı çempionat dünyanın ən yaxşı liqasıdır. “Nyukasl” “Qarabağ”la oyuna 1/8 final üçün yaxşı şans kimi yanaşır. Bu, onlar üçün böyük fürsətdir və demək olar, cütün taleyini 35 dəqiqədə həll etdilər. İkinci hissədə isə minimum güc sərf etməklə oynadılar. Məğlubiyyət gözlənilən olsa da, hesabın belə olması sürpriz oldu. Göründü ki, “Qarabağ” oyuna fiziki cəhətdən hazır deyil. Sıx qrafik və eyni heyətin davamlı oynaması burda əsas rol oynadı”.

Mütəxəssis “Qarabağ”ın ÇL-dəki çıxışına toxundu:

“Ümumilikdə, Azərbaycan komandasının Çempionlar Liqasında pley-off oynaması alqışa layiq haldır. Həm də azarkeşlər böyük klubları canlı izlyə bildilər. Bu mərhələ, bu məğlubiyyət “Qarabağ”ın bir az daha böyüməsinə səbəb olacaq”.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью