Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Son zamanlar kənd təsərrüfatı məhsullarının qiymətlərində müəyyən artım müşahidə olunur. Xüsusilə pomidorun bahalaşması diqqət çəkir. 2026-cı ilin ilk 7 ayında pomidorun orta ixrac dəyərinin də əvvəlki illə müqayisədə artdığı qeyd olunur.
Maraqlıdır, digər ölkələrə ixracın artması və xarici bazarlarda pomidora tələbatın yüksəlməsi daxili bazarda qiymət artımına səbəb ola bilərmi?
Demokrat.az-a mövzu ilə bağlı açıqlama verən iqtisadçı Eyyub Kərimli bildirib ki, ölkədə pomidor istehsalı daxili tələbatı üstələyir.
Onun sözlərinə görə, bu baxımdan pomidor ixracının artması daxili bazarda qiymətlərə ciddi təsir göstərmir:
“Çünki kifayət qədər pomidor istehsalımız var, həm istixanalarda, həm də sahələrdə, xüsusilə yay mövsümündə. Əlbəttə, ümumi inflyasiyanın da qiymətlərə müəyyən təsiri var. Bəzi məhsulların, logistika və digər xərclərin, həmçinin enerji daşıyıcılarının qiymətində artım olduqda bu, pomidorun qiymətinə də təsir göstərir. Lakin ixracın artması hazırkı vəziyyətdə daxili bazarda pomidorun qiymətinin ciddi şəkildə yüksəlməsinə səbəb olmur”.
İqtisadçının fikrincə, əgər gələcəkdə ixrac şəbəkəsi daha da genişləndirilərsə, bunun daxili bazara müəyyən təsiri ola bilər:
“Hazırkı durumda isə belə ciddi təsir müşahidə edilmir. Bu gün bazarlarda pomidorun qiymətinin ötən illə müqayisədə ciddi fərqlənmədiyini görürük. Bu da onu deməyə əsas verir ki, hazırda istehsal və tələbat arasında nisbət qorunur və ciddi qiymət artımı müşahidə olunmur”.
Fidan Hacızadə
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Maraqlıdır, digər ölkələrə ixracın artması və xarici bazarlarda pomidora tələbatın yüksəlməsi daxili bazarda qiymət artımına səbəb ola bilərmi?