“Bu məhsullar həkim məsləhəti olmadan qəbul edildikdə ciddi fəsadlar yarada bilər” Mütəxəssis

16.09.2026

525.az saytına istinadən Icma.az xəbər verir.

“Arıqlama çayları, kapsulları və digər bu tip məhsulların böyük əksəriyyəti insanların etibarını qazanmaq üçün “bitki mənşəli” adı altında təqdim olunur”.

Bunu 525.az-a qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib. Onun sözlərinə görə, hər hansı məhsulun bitki tərkibli olması onun zərərsiz və ya faydalı olması demək deyil:

“Hər bir bitkinin müalicəvi xüsusiyyətləri ilə yanaşı, yan təsirləri də mövcuddur. Əgər bitki mənşəli hər hansı çay və ya kapsul insanın arıqlamasına səbəb olursa, bu, əksər hallarda orqanizmin təbii fəaliyyətinə süni müdaxilə hesab olunur. Belə məhsullar maddələr mübadiləsini süni şəkildə sürətləndirə, ishal və ya qusmaya səbəb ola bilər. Nəticədə orqanizmdən vitamin və minerallar itirilir, bağırsaq mikroflorası pozulur və immun sistemi zəifləyir. Bu isə müxtəlif sağlamlıq problemlərinin, o cümlədən autoimmun xəstəliklərin yaranma riskini artırır. Bu məhsullar həkim məsləhəti olmadan, nəzarətsiz şəkildə qəbul edildikdə daha ciddi fəsadlar yarada bilər. Vitamin və mineral çatışmazlığı saç tökülməsi, dırnaqların qırılması, dəri problemləri, mədə-bağırsaq pozğunluqları, daxili orqanların fəaliyyətinin zəifləməsi və hətta ağır qidalanma pozuntularına gətirib çıxara bilər".

Sevinc Qarayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью