Bu məhsulların gömrük rüsumu artırıldı

23.09.2026

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycandan ixrac olunan vintlər (boltlar və qaykalar) üçün gömrük rüsumu artırılıb.

Milli.Az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edib.

Beləliklə, 31 dekabr 2029-cu il tarixinədək vintlərin (boltlar və qaykalar) 1000 kiloqramı üçün ixrac gömrük rüsumu 300 ABŞ dolları olacaq.

Hazırda bumalın 1000 kiloqramı üçün ixrac gömrük rüsumu 15 ABŞ dollarıdır.

Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью