Bu məhsulların qiyməti bahalaşacaq | Icma.az
Icma.az, Olke.az saytına istinadən bildirir. Bazarlarda işləyən sahibkarlardan vergi uçotunda olmaları tələb ediləcək.
Bu qayda 2025-ci ilin əvvəlindən qüvvəyə minəcək. Yalnız VÖEN-i olmayan satıcıların fəaliyyətinə icazə veriləcək.
Əks təqdirdə, bazarların mülkiyyətçiləri və ya idarəçiləri cərimə ediləcək. Bu, Vergi Məcəlləsində də əksini tapıb.
Ölkə.az xəbər verir ki, mövzu ilə bağlı "Yeni Sabah"a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, yeni qərar bazarda satılan məhsulların bahalaşması ilə nəticələnəcək: "Əlbəttə, bu qiymətlərin ciddi bahalaşmasına gətirib çıxaracaq.
Çünki vergiyə cəlb olunan məbləğ, sözsüz ki, malın maya dəyərinə daxil ediləcək.
Tutaq ki, müştəri göyərtini 20 qəpiyə alırsa, üstünə vergi əlavə olunacaq, nəticədə məhsul 25 qəpik olacaq.
Digər məhsullarda da eyni tendensiya özünü göstərəcək. Verginin tətbiqi Azərbaycan kimi iqtisadiyyata malik ölkədə dərhal qiymətdə öz əksini
Yeni qərar bazarda fəaliyyət sahibkarlara ciddi ziyan vuracaq. Hazırda paytaxtda sahibkarlıq obyektlərinin sayı sürətlə azalır.
Tam oxu
Xəbəri oxu