Bu məhsulun qiyməti 6 manat bahalaşdı SƏBƏB | Icma.az
Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq. Oğuz rayonunda şabalıdın məhsuldarlığının aşağı düşməsi qiymətlərin artmasına səbəb olub.
Ölkə.az "Report"a istinadən xəbər verir ki, hazırda bazarda şabalıdın 1 kiloqramının qiymətində 5-6 manat artım müşahidə olunur.
Satıcılar ötən illə müqayisədə 10 dəfə daha az məhsul satdıqlarını bildirir.
Məhsuldarlığın ildən-ilə aşağı düşməsi sakinləri də narahat edir.
Belə ki, hər il qurumaqda davam edən bəzi şabalıd ağaclarından heç 1 kq da şabalıd yığmaq mümkün olmayıb.
Bu da Oğuz bazarına kəndlərdən gündəlik gətirilən şabalıdın azalmasına gətirib çıxarıb.
Qeyd edək ki, hazırda Oğuz bazarında 1 kq şabalıdın qiyməti növündən asılı olaraq 6-15 manat arasında dəyişir.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu