Bu məhsulun qiyməti kəskin ucuzlaşdı 30 qəpik oldu

06.11.2024

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

İmişli rayonunda xurmanın yığımına başlanılıb.

Ölkə.az "Report"a istinadən xəbər verir ki, bu barədə fermerlər məlumat veriblər. Onların sözlərinə görə, bu il məhsul həmişəki kimi boldur.

Belə ki, hər ağacdan 40 kq-a yaxın məhsul toplanır. Lakin məhsulun alış qiyməti fermerləri qane etmir:

"Həmişə xurmanı 1 manata satmışıq, amma bu il qiymətlər çox aşağı - 30 qəpiyə qədər ucuzlaşıb. Məcbur qalıb həmin qiymətə satırıq. Yoxsa məhsulumuz məhv ola bilər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью